"AHK Azərbaycan"da yerli kapital bazarlarına çıxış imkanları müzakirə edilib

Maliyyə
  • 19 noyabr, 2026
  • 16:07
AHK Azərbaycanda yerli kapital bazarlarına çıxış imkanları müzakirə edilib

Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatasında (AHK Azərbaycan) "Yerli kapital bazarlarına çıxış: əsas çağırışlardan praktiki həll yollarına" mövzusunda panel müzakirəsi keçirilib.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, tədbirin əsas məqsədi Azərbaycan şirkətləri üçün yerli kapital bazarlarına çıxış imkanlarını, ənənəvi bank kreditləşməsinə alternativ və ya tamamlayıcı maliyyələşmə mənbəyi kimi kapital bazarının potensialını və bu prosesdə qarşıya çıxan praktiki məsələləri müzakirə etmək olub.

Panel müzakirəsində potensial emitentlərin kapital bazarına çıxışı zamanı qarşılaşdıqları əsas məsələlər, o cümlədən listinq tələbləri, tənzimləyici çərçivə, maliyyə hesabatlılığı, korporativ idarəetmə, investor gözləntiləri və qiymətli kağızların emissiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir maliyyə direktorları, kommersiya direktorları, hüquq və uyğunluq üzrə mütəxəssislər, eləcə də alternativ maliyyələşmə mənbələrini nəzərdən keçirən şirkət nümayəndələri üçün nəzərdə tutulub.