“AG Bank” yeni kampaniyaya başlayıb
- 15 sentyabr, 2014
- 12:57
Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “AG Bank” ASC Bilik Günü münasibəti ilə bütün “Həzz Kart” istifadəçiləri üçün yeni aksiya keçirir. Bu barədə Report-a “AG Bank”ın mərkəzi ofisindən məlumat verilib.
Sentyabrın 19-dək “Həzz Kart” ilə yalnız alış-veriş zamanı deyil, nağd pul ehtiyacını ödəmək üçün də istifadə oluna bilər. Belə ki, 400 manatadək nağdlaşdırma əməliyyatı həyata keçirmək mümkündür.
Nağdlaşdırmaya görə komissiya haqqı 5%-dir və 3 aylıq opsiyaya uyğundur.
Bundan əlavə, müştərilərin “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatı həyata keçirərkən “Uduşlu kupon”u qazanmaq şansı da var. Belə ki, "AG Bank"ın bankomatlarına 200 və 500 manatlıq kuponlar yerləşdirilir. “Uduşlu kupon” 2011-ci ildə “AG Bank” tərəfindən təsis olunan həvəsləndirici lotereya növüdür. Göstərilən tarixdən bu günə qədər bankda 160 qalib qeydə alınıb. Hər bir plastik kart istifadəçisi “AGBank”a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinasları arasında uduşlu kupona rast gələ bilər. “Həzz Kart” isə Bank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1, 3, 6, 12, 18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. Qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.