"AFB Bank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 14 oktyabr, 2025
  • 10:13
AFB Bankın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) "AFB Bank" ASC-nin 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd, yəni 5 milyon manatlıq istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti