ADİF ləğv prosesində olan bankın ünvanını dəyişdirib

Maliyyə
  • 01 noyabr, 2021
  • 09:42
ADİF ləğv prosesində olan bankın ünvanını dəyişdirib

Noyabrın 2-dən ləğv prosesində olan “Ata Bank” ASC fəaliyyətini “Amrahbank” ASC-nin Xocalı prospekti, 36A ünvanında yerləşən inzibati binasında davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.

Xatırladaq ki, ötən il aprelin 27-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Atabank" ASC-nin lisenziyası ləğv edilib.