ADIF-in keçmiş icraçı direktoru "Günay Sığorta"nı tərk edib

Maliyyə
  • 05 avqust, 2022
  • 12:18
ADIF-in keçmiş icraçı direktoru Günay Sığortanı tərk edib
Azad Cavadov

"Günay Sığorta" ASC-nin Direktorlar Şurasının sədrinin müşaviri Azad Cavadov öz istəyi ilə vəzifəsindən azad olunub.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Xatırladaq ki, A.Cavadov sığorta sektoruna gəlməzdən əvvəl uzun illər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru olub.