ADB-nin Azərbaycandakı layihələrinin müvəffəqiyyət göstəricisi 63 %-ə yüksəlib
- 13 aprel, 2022
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankının (ADB) layihələrinin Azərbaycanda müvəffəqiyyət göstəricisi 2018-2020-ci illərdəki 60 %-dən, 2019-2021-ci illərdə 63 %-ə yüksəlib.
“Report” bu barədə ADB-yə istinadən xəbər verir.
Məlumata görə, banın ümumilikdə Mərkəzi və Qərbi Asiya regionunda layihələrinin müvəffəqiyyət göstəricisi 2019-2021-ci illərdə 66 % səviyyəsində qalıb.
Regionun əsas ölkələrinin Azərbaycan da daxil olmaqla, Pakistan (2018–2020-ci illərdəki 58 %-dən, 2019–2021-ci illərdə 64 %-ə), Qazaxıstan (67 %-dən 75 %-ə), Özbəkistan (70 %-dən 78 %-ə) göstəriciləri yaxşılaşıb. ADB-nin bu ölkələr üzrə ümumi portfeli regiondakı suveren əməliyyatlarının təxminən üçdə ikisini təşkil edir.
Ümumilikdə isə ölkə proqramlarının uğuru 2016-2018-ci illərdəki 86 %-dən 2019-2021-ci illərdə 68 %-ə enib. Bunun əsas səbəbi ölkə proqramlarının effektivliyin və davamlılığının aşağı düşməsidir.
Bu iki element Kamboca, Sakit Okean, Pakistan, Papua Yeni Qvineya (PNG) və Şərqi Timorda xüsusilə aydın göstərib. Effektivliyin azalması, əsasən hədəflərə çatmaqda çatışmazlıqlar, xüsusən də ölkə proqramlarında üstünlük təşkil edən sektorlarda institusional islahatların həyata keçirilməməsi ilə bağlı olub.