ADB-nin Azərbaycan üzrə direktoru "Report" İnformasiya Agentliyinin qonağı olub

Maliyyə
  • 11 yanvar, 2018
  • 13:34
ADB-nin Azərbaycan üzrə direktoru Report İnformasiya Agentliyinin qonağı olub
Report

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə direktoru Nariman Mannapbekov və Bankın ekspert qrupu “Report” İnformasiya Agentliyinin ofisində olub.

Qonaqlar Agentliyin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.

Baş redaktor Murad Əliyev görüşdə “Report”un fəaliyyət istiqamətləri barədə məlumat verib və bildirib ki, Agentlik beynəlxalq maliyyə institutları ilə, o cümlədən ADB ilə əməkdaşlıq etməkdə maraqlıdır.

ADB-nin Azərbaycan üzrə direktoru N.Mannapbekov da Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını dəstəklədiyini bildirib. O, ADB-nin “Report”la əməkdaşlıq etməkdə maraqlı olduğunu və bu əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.