ADB ilə dövlət müəssisələrinin maliyyə dayanıqlığının artırılması müzakirə edilib

Maliyyə
  • 17 mart, 2025
  • 12:37
ADB ilə dövlət müəssisələrinin maliyyə dayanıqlığının artırılması müzakirə edilib

Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Asiya İnkişaf Bankı (ADB) dövlət müəssisələrində səmərəliliyinin və maliyyə dayanıqlığının artırılmasını müzakirə edib.

"Report" bu barədə AİH-ə istinadən xəbər verir.

Məlumata görə, görüşdə həmçinin, korporativ idarəetmə sistemlərinin gücləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər və qarşıya qoyulan məqsədlər barədə ADB nümayəndələri məlumatlandırılıb.

Tərəflər arasında birgə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

44 filmi