ADB Gürcüstana 101 milyon avroluq kredit ayırıb
- 11 noyabr, 2021
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) Gürcüstana 101 milyon avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Vəsait yeni infrastrukturun tikilməsi və mövcud infrastrukturun bərpası, eləcə də şəhər mərkəzlərində xidmətlərin təkmilləşdirilməsi, ölkədə iqtisadi imkanların və həyat keyfiyyətinin artırılmasına yönəldiləcək.
ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Yevgeni Jukov bildirib ki, Gürcüstan son illərdə əhəmiyyətli iqtisadi irəliləyiş nümayiş etdirib, lakin iqtisadi artım qeyri-bərabər olub və COVID-19 pandemiyasından ciddi zərər görüb: “Bu layihə Gürcüstanı pandemiyanın təsirindən azad etməyə kömək edəcək və şəhərlərin daha dayanıqlı və çoxşaxəli inkişafına töhfə verəcək”.
Bankın dəstəyinin Tbilisi və regionlarda 1,5 milyon insana fayda verəcəyi proqnozlaşdırılır.