ADB pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib

Maliyyə
  • 24 may, 2022
  • 07:04
ADB pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib

Asiya İnkişaf Bankı (ADB) COVID-19 pandemiyası ilə bağlı məktəblərin bağlanmasının 2023-cü ildə Azərbaycanın Ümumi Daxili Məhsuluna (ÜDM) təsirini gözləmir.

“Report” xəbər verir ki, bu barədə ADB-nin “COVID-19 ilə əlaqədar məktəblərin bağlanmasının potensial iqtisadi təsirləri” adlı hesabatında bildirilib.

Sənədə əsəasən, növbəti 7 ildə bunun Azərbaycan ÜDM-nə təsiri mənfi 0,08 -0,54 % aralığında olacaq.

2023-cü ildə məktəblərin bağlanmasının Azərbaycan iqtisadiyyatının 2 milyon ABŞ dolları, 2024-cü ildə 36 milyon ABŞ dolları, 2025-ci ildə 68 milyon ABŞ dolları, 2026-cı ildə 112 milyon ABŞ dolları, 2027-ci ildə 163 milyon ABŞ dolları, 2028-ci ildə 210 milyon ABŞ dolları, 2029-cu ildə 253 milyon ABŞ dolları, 2030-cu ildə isə 245 milyon ABŞ dolları azalmaya səbəb olacaq.

Qeyd edək ki, ADB-nin COVID-19 pandemiyasının ÜDM-yə təsiri ilə bağlı bütün region ölkələri üzrə proqnozu mənfidir.

ADB məktəblərin bağlanmasının qlobal ÜDM-də və məşğulluqda azalmaya səbəb olduğu hesab edilir. Bundan başqa, qlobal ÜDM-də və məşğulluqda itkilər zaman keçdikcə artır.

Bu səbəbdən qlobal ÜDM-in azalması 2024-cü ildə 0,19 %, 2028-ci ildə 0,64 %, 2030-cu ildə isə 1,11 % təşkil edəcək. Mütləq hesablamada, təkcə 2030-cu ildə qlobal iqtisadiyyata dəyən zərər 943 milyard ABŞ dolları təşkil edir.

COVID-19 ilə bağlı məktəblərin bağlanmasının potensial iqtisadi təsiri ilə təkcə ixtisaslı işçilərin məşğulluğunda qlobal itkilər 2024-cü ildə 0,05 %, 2026-cı ildə 0,25 % və 2030-cu ildə 0,75 % azalma ilə özünü gösətərəcək.

Tədqiqata əsasən, məktəblərin bağlanması 2030-cu ilə qədər dünya üzrə təxminən 5,44 milyon insanın ixtisaslı işçi qüvvəsində çalışmasını əngəlləyəcək.

Həmçinin, mütləq xərclər baxımından baza ssenarisinə görə itirilmiş əmək haqqı ümumilikdə 94,86 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

İxtisassız əmək üzrə qlobal məşğulluğun azalması isə 2025-ci ildə 0,22 %, 2027-ci ildə 0,51 % və 2030-cu ildə 1,15 % olacağı təxmin edilir.

Pandemiya məktəblərin bağlanmasına səbəb olmasaydı, dünyada təxminən 35,69 milyon insan ixtisassız işçi qüvvəsinə çevriləcəkdi.

Xərc baxımından itirilmiş əmək haqqı 2030-cu ildə 121,54 milyard ABŞ dolları təşkil edəcək.

44 filmi