ADB: "Azərbaycanın sosial xərcləri COVID-19-dan sonra ÜDM-in 6%-nə çatacaq"
- 17 yanvar, 2022
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın COVID-19-dan sonrakı bərpa/keçid mərhələsindəki sosial müdafiə xərclərini 2031-ci ilədək ümumi daxili məhsulun (ÜDM) 5,94 %-nə yüksələyəcəyini proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə ADB-nin "Asiya və Sakit Okean regionunda COVID-19 və sosial müdafiə 2020–2030-cu illər üçün proqnozlaşdırılan xərclər" hesabatında bildirilib.
Sənədə əsasən, sosial müdafiə xərclərinin ÜDM-yə nisbəti bu il 4,46 %, 2023-cü ildə 4,25 %, 2024-cü ildə 4,58 %, 2025-ci ildə 5,26 %, 2026-cı ildə 5,94 %, 2027-ci ildə 6,38 %, 2028-ci ildə 6,39 %, 2029-ci ildə isə 6,17 % təşkil edəcək. 2020-ci ildə bu göstərici 3,59 %, 2021-ci ildə isə 4,62 % səviyyəsində olub.
Mərkəzi və Qərbi Asiya regionunda isə sosial müdfiə xərclərinin ÜDM-yə nisbəti bu il 4,61 %, 2030-cu ildə isə 7,2 % olacağı gözlənilir.
Qeyd edək ki, COVID-19 pandemiyası yoxsulluğun azaldılması və sosial müdafiə də daxil olmaqla Davamlı İnkişaf Məqsədlərinin (SDG) hədəflərinə çatmaqda əldə edilmiş nailiyyətlərə ciddi zərbə vursa da, eyni zamanda dünya ölkələrinə hərtərəfli milli sosial müdafiə sistemlərinin gücləndirilməsinin aktuallığını göstərib.
Bu hesabat, fövqəladə yardımı (2020), bərpa dəstəyi (2021-2023) və SDG hədəflərinin qalan müddəti üçün (2024–2030) uzadılmış hərtərəfli sosial müdafiə səviyyələrini asanlaşdırmaq məqsədilə bir sıra tədbirləri həyata keçirmək üçün regionun 30 ölkəsində artan maliyyə ehtiyaclarının təxmini planını təqdim edir.