ADB Azərbaycanın dövlət büdcəsinin kəsirinin 2 dəfə artacağını proqnozlaşdırır

Maliyyə
  • 04 aprel, 2023
  • 07:21
ADB Azərbaycanın dövlət büdcəsinin kəsirinin 2 dəfə artacağını proqnozlaşdırır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 2 dəfəyədək artaraq 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) 2,1 %-i, 2024-cü ildə isə 2,2%-i səviyyəsində gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bu dövrdə karbohidrogen gəlirləri əsas maliyyə mənbəyi olaraq qalacaq.

Proqnoza görə, dövlət büdcəsinin qeyri-karbohidrogen kəsiri 2023-cü ildə ÜDM-in 7 %-nə bərabər olacaq və 2024-cü ildə Dövlət Neft Fondundan transfertlərin artması ilə 11,1 %-ə qədər artacaq.

Dövlət büdcəsinin gəlir və xərcləri nominal ifadədə artsa belə, 2023-cü ildə ümumi gəlirin ÜDM-in 22,2-nə, 2024-cü ildə isə 21,2 %-ə enəcəyi, ümumi xərclərin isə bu il ÜDM-in 24,1 %-nə, gələn il isə ÜDM-nin 23,2 %-nə bərabər olacağı proqnozlaşdırılır.

44 - Tezliklə