ADB: "Azərbaycanda bu il cari əməliyyatlar hesabının profisiti ÜDM-in 26 %-nə çatacaq"
- 21 sentyabr, 2022
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) bu il 26,2 %-i, gələn il isə 21,2 %-i nisbətində profisit gözlənilir.
“Report” xəbər verir ki, bu bardə Asiya inkişaf Bankının (ADB) “Asian Development Outlook” (ADO 2022) hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Bu isə, aprel ayında açıqlanan proqnoz ilə müqayisədə bu il üçün 6 faiz bəndi, gələn il üçün isə 4,3 faiz bəndi çoxdur.
Sənədə əsasən, Qafqaz və Mərkəzi Asiya regionunda cari əməliyyatlar hesabının profisiti əhəmiyyətli dərəcədə artacaq.
Regionun cari əməliyyatlar hesabının profisiti öncə proqnozlaşdırılan 0 %-dən bu il ümumi daxili məhsulun 2,2 %-nə, 2023-cü ildə isə 0,2 %-dən 1,5 %-ə yüksələcək.
Bank regionun 8 ölkəsindən 5-i üçün cari əməliyyatlar hesabının profisitinin artacağını proqnozlaşdırılır.
"Azərbaycan, Qazaxıstan və Türkmənistanın cari əməliyyatlar hesabı yüksək neft və qaz ixracından faydalanacaq. Gürcüstan və Özbəkistanda isə kəsir, artan daxili pul köçürmələri ilə daha da azalacaq. Ancaq, Ermənistanın kəsiri, idxalın artması ilə daha da böyüyəcək", - deyə hesabatda qeyd olunub.