"AccessBank" "yaşıl iqtisadiyyat"ın inkişafına dəstək üçün 7,5 milyon dollar vəsait cəlb edib
- 09 oktyabr, 2025
- 11:43

"Access Bank" QSC mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS) üçün enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək üçün "Global Climate Partnership Fund S.A." (GCPF, responsAbility Investments AG idarə edir) ilə 7,5 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalayıb.
Bu, GCPF-lə əməkdaşlığın ikinci mərhələsidir. I tranş 2023-cü ilin dekabr ayında, COP29 ərəfəsində uğurla həyata keçirilib və "yaşıl layihə"lərin maliyyələşdirilməsinə yönəldilib. Yeni, daha böyük məbəğli tranş "yaşıl inkişaf gündəliyi"nin dəstəklənməsinə xidmət etməklə yanaşı, Bankın ekoloji dayanıqlı həllərin və məsuliyyətli biznes təcrübələrinin təşviqində rolunu daha da möhkəmləndirir.
"GCPF ilə əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın iqtisadiyyatının dekarbonizasiyası ilə şaxələndirilməsinə töhfə verməkdən qürur duyuruq. Yaşıl maliyyələşmənin genişləndirilməsi həm dayanıqlı iqtisadiyyatın formalaşmasına, həm də mikro, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli dəstək olacaq.", - bunu "AccessBank"ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank" Azərbaycan Mərkəzi Bankınım verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.