“Accessbank” jurnalistlər üçün təlim təşkil edib

Maliyyə
  • 09 oktyabr, 2017
  • 06:35
“Accessbank” jurnalistlər üçün təlim təşkil edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Accessbank” ASC bir qrup jurnalist üçün təlim təşkil edib.

“Report”un məlumatına görə, təlim Qəbələ rayonundakı lüks otellərdən birində keçirilib.

Təlimi “BP-Azerbaijan” şirkətinin Xarici əlaqələr şöbəsinin müdiri Rəşad Bayramov aparıb. O, media nümayəndələrinə dialoq qurmaqla bağlı tövsiyyələrini verib.

Təlim çərçivəsində jurnalistlər Qəbələnin gəzməli-görməli yerlərində, o cümlədən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində olublar.