"AccessBank" III rübün maliyyə nəticələrini açıqlayıb
- 14 oktyabr, 2025
- 13:09

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan "AccessBank" QSC 2025-ci ilin III rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
Bank, 2025-ci ilin hesabat dövrünün nəticələrinə görə, 35,6 milyon manat xalis mənfəət əldə edib. Onun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % və yaxud 155,1 milyon manat artaraq 1,6 milyard manatı keçib.
Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki:
Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15,6 % və yaxud 175,2 milyon manat artaraq 1 milyard 296,9 milyon manat təşkil edib.
Kredit portfelinin 76,8 %-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 995,8 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13,9 % və yaxud 121,5 milyon manat artıb.
Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrünün sonuna 1 milyard 45,1 milyon manat təşkil edir.
"AccessBank" hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 45,3 milyon manat ekvivalentində kredit cəlb edib. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 145,7 milyon manata çatıb.
Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 milyon ABŞ dolları subordinasiya olunmuş borc öhdəliyi cəlb edilib.
2025-ci ilin hesabat dövrü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 29,5 % və yaxud 50,5 milyon manat artaraq 221,8 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 4,4 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 % artaraq 187,1 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 11,2 milyon artaraq 114,2 milyon manat təşkil edib.
Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin hesabat dövrü ərzində 54,7 milyon manat təşkil edib.
Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 67,68 % təşkil edir ki, bu da Azərbaycan Mərkəzi Bankının tələb etdiyi minimum normadan 2,3 dəfə yüksəkdir.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.