"AccessBank" ötən ilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 15 yanvar, 2026
  • 12:25
AccessBank ötən ilin maliyyə nəticələrini açıqlayıb

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan "AccessBank" QSC 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://N34YA5.short.gy/financial

Bank ötən il 49,1 milyon manat xalis mənfəət əldə edib. İl ərzində onun aktivləri isə 19,2 % və yaxud 285,1 milyon manat artaraq 1,8 milyard manata çatıb. Artımı şərtləndirən drayverlər ölkədə iqtisadi aktivliyin yüksəlməsi fonunda əmanətçilərin və beynəlxalq fondların inamının artması olub.

Belə ki Bankın

- Kredit portfeli 15,9 % və yaxud 182,6 milyon manat artaraq hesabat dövrünün sonuna 1 milyard 334,2 milyon manat təşkil edib.

- Kredit portfelinin 76,7 %-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 1 milyard 022,9 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13,4 % və yaxud 121 milyon manat artıb.

- Depozit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 10,3 % və yaxud 105,9 milyon manat artaraq hesabat dövrünün sonuna 1 milyard 132,4 milyon manat təşkil edib.

- "Access Bank" hesabat dövründə beynəlxalq fondlardan 100 milyon manat ekvivalentində kredit cəlb edib. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 190,5 milyon manata çatıb.

- Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 milyon ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilib.

- 2025-ci il ərzində Bankın məcmu kapitalı ötən illə müqayisədə 26,7 % və yaxud 49,4 milyon artaraq 234,4 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 4,7 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 % artaraq 256,2 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 15,7 milyon artaraq 156 milyon manata çatıb.

- Xalis əməliyyat mənfəəti 2025-ci ildə 76,3 milyon manat olub. 2024-cü ildə eyni göstərici 70,6 milyon manat təşkil edib

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və ani likvidlik əmsalı 79,8 % təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2,7 dəfə yüksəkdir.

"Access Bank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: Accessbank.filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*Access Bank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

Son xəbərlər

Bütün Xəbər Lenti