“Access Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 oktyabr, 2024
  • 10:13
“Access Bank maliyyə vəziyyətini açıqlayıb

“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 41,454 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 29,309 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Access Bank”ın gəlirləri 179,065 milyon manat (illik müqayisədə 15,2 % çox), xərcləri 127,286 milyon manat (11,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 4,185 milyon manat (63,9 % az), mənfəət vergisi ödəmələri isə 2,576 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Access Bank”ın aktivləri 1 milyard 464,516 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur. Bunun 1 milyard 73,339 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,1 % böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 3,7 % artaraq 1 milyard 296,341 milyon manat, o cümlədən depozit portfeli 2,3 % artaraq 1 milyard 149,153 milyon manat, balans kapitalı isə 16,6 % artaraq 168,175 milyon manat, o cümlədən nizamnamə kapitalı 54,9 % azalaraq 121,749 milyon manat olub.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).

44 - Tezliklə