“Access Bank"ın mənfəəti artıb
- 26 aprel, 2023
- 10:46
“Access Bank” QSC bu ilin I rübünü 5,460 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,8 dəfə çoxdur.
Yanvar-mart aylarında “Access Bank”ın gəlirləri 46,931 milyon manat (illik müqayisədə 44,5 % çox), xərcləri 36,325 milyon manat (20,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,146 milyon manat (3,3 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Access Bank”ın aktivləri 1 259,84 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,1 % çoxdur. Bunun 842,145 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,8 % böyüyüb.
Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 27,7 % artaraq 1 141,026 milyon manata, o cümlədən depozit portfeli 27,4 % artaraq 948,764 milyon manata, balans kapitalı isə 31,4 % artaraq 118,814 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,4 % artaraq 270,107 milyon manata çatıb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).