“Access Bank” bu ilin I yarısını əməliyyat mənfəəti ilə başa vurub

Maliyyə
  • 31 iyul, 2019
  • 13:35
“Access Bank” bu ilin I yarısını əməliyyat mənfəəti ilə başa vurub

“Access Bank” QSC-nin cəmi aktivləri bu il iyulun 1-nə 811,647 milyon manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

“Access Bank”ın aktivlərinin 473,349 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə Bankın cəmi öhdəlikləri 715,004 milyon manat, o cümlədən depozit portfeli 615,35 milyon manat, cəmi kapitalı isə 96,643 milyon manat olub.

Bu ilin yanvar-iyun aylarında “Access Bank”ın gəlirləri 70,149 milyon manat, xərcləri 54,43 milyon manat təşkil edib. Son nəticədə Bank I yarımili 15,719 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).