ABŞ şirkətləri son 6 ilin ən yüksək mənfəətini əldə ediblər
- 31 iyul, 2017
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 iyul. REPORT.AZ/ İri ABŞ şirkətləri ardıcıl 2 rübdür ki, ikirəqəmli mənfəət artımı göstəricisinə nail olurlar.
"Report" "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, oxşar vəziyyəti bundan əvvəl 2011-ci ildə qeydə alınıb.
Buna səbəb kimi xərclərin azaldılması, dolların ucuzlaşması, əhalinin istehlak qabiliyyətinin artması göstərilir.
"Thomson Reuters" agentliyindən verilən məlumatda bildirilir ki, "S&P 500" indeksinə daxil olan şirkətlərin II rübdə mənfəəti orta hesabla 11% artım nümayiş etdirib. İlk rübdə isə bu göstərici 15% təşkil edib. Həmçinin, qeyd edilir ki, şirkətlərin mənfəəti Donald Tramp administrasiyasında problemlərin qalmasına baxmayaraq artmaqa davam edir. Şirkətlərin satışının II rübdə 5% artdığı, dolların ucuzlaşmasının isə ixracı artırdığı bildirilir.