ABŞ iqtisadiyyatında artım proqnozları üstələyə bilməyib
Maliyyə
- 28 iyul, 2017
- 12:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ iqtisadiyyatı bu ilin II rübündə faktiki olaraq 2,6% artım göstərib.
"Report" xəbər verir ki, bu, ekspertlərin proqnozları ilə üst-üstə düşüb.
Nəticədə, bu ilin yekunu etibarı ilə ÜDM-in artım tempi proqnozu 2,5%-dən aşağı enib. Bu da, 2017-ci il üçün iqtisadi artım sürətinin ABŞ Prezidenti Donald Trampın 3% hədəfindən xeyli aşağı olacağını göstərir. Bu səbəbdən, FED-in monetar siyasətini sərtləşdirməsi ehtimalları bir qədər zəifləyib. Bu da dolların ucuzlaşmasına gətirib çıxarıb. Hazırda avro/dollar cütlüyünün məzənnəsi 0,6% artımla 1,1747 USD/EUR səviyyəsinə çatıb.
"Report"un analitik qrupu yaxın 6 ayda USD/EUR məzənnəsinin 1,15-1,20 diapazonunda qalacağını ehtimal edir.
Son xəbərlər
21:11
Fəridə Cabbarova: Dörd mindən çox azərbaycanlının faciəvi taleyi haqqında həqiqəti dünyaya çatdırmaq istəyirik
Qarabağ
21:02
"S&P Global": Qlobal SAF istehsalı 2028-ci ildə gündəlik 97 min barelə çatacaq
Energetika
20:57
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab açılıb - YENİLƏNİR
Futbol
20:45
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
Region
20:37
Foto
Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
Mədəniyyət siyasəti
20:33
"Turan" klubu CEV Çempionlar Liqasındakı ilk oyununda qələbə qazanıb
Komanda
20:26
Azərbaycanın ABŞ-dəki səfirliyi Pensilvaniyada sərgi və qəbula ev sahibliyi edib
Xarici siyasət
20:09
Foto
Video
Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
Daxili siyasət
19:58
Nərgiz Qurbanova: Azərbaycan ilə Macarıstan iqtisadi və enerji əməkdaşlığını genişləndirmək niyyətindədir
Xarici siyasət