ABŞ-ın əsas birja indeksləri yüksəlib
Maliyyə
- 18 dekabr, 2020
- 03:51
Nyu-York birjasında ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün görülən tədbirlərin gözləntiləri fonunda əsas indekslər yüksəlib.
“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 148,83 bənd (0,49%) artaraq 30 303,37 bənd səviyyəsində dayanıb.
ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 21,31 bənd qazanaraq (0,58%) 3 722,48 bənd səviyyəsində qalıb.
“Nasdaq” elektron birja indeksi isə 106,56 bənd (0,84%) yüksələrək 12 764,75 bəndədək qalxıb.
Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 1,32 faiz artaraq 48,45 ABŞ dolları təşkil edib.
Son xəbərlər
19:02
Xameneinin müşaviri husilərə görə Ər-Riyada etiraz edib
Region18:39
Azərbaycan-Özbəkistan münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət18:14
Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət18:14
İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
Region18:04
İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb
Hadisə18:03
AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
İnfrastruktur18:01
Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb
Digər ölkələr18:00
"Unibank"ın istiqrazlarına 54 investor maraq göstərib
Maliyyə17:54