ABŞ fond indeksləri yeni rekord həddə çatıb

Maliyyə
  • 28 oktyabr, 2025
  • 08:59
ABŞ fond indeksləri yeni rekord həddə çatıb

ABŞ fond indeksləri bazar ertəsi keçirilən ticarət sessiyasının nəticələrinə əsasən yüksəlib və Çinlə ABŞ arasında mümkün ticarət sazişinin bağlanacağına dair nikbinlik, eləcə də Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini azaldacağı gözləntiləri fonunda rekord maksimum göstəriciləri yeniləyib.

"Report"un "İnterfaks"a istinadən məlumatına görə, ABŞ maliyyə naziri Skott Bessent daha əvvəl bildirib ki, Amerika və Çin ticarət sazişinin əsas şərtləri üzrə razılığa gəliblər.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında cümə axşamı baş tutacaq görüş üçün "çərçivə sazişi" hazırlanıb. Bu barədə Bessent "NBC News" telekanalının efirində danışıb.

Əgər saziş bağlanarsa, ABŞ Çin mallarının idxalına əlavə tariflər tətbiq etməyəcək, Pekin isə nadir torpaq metallarının ixracına nəzarətlə bağlı yeni tədbirlərin tətbiqini təxirə salacaq.

FES-nin faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcəyi iki günlük iclası çərşənbə axşamı və çərşənbə günləri keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti