ABŞ-da vergi islahatları ilə bağlı ilkin müzakirələr dolları möhkəmləndirə bilər

Maliyyə
  • 16 noyabr, 2017
  • 13:34
ABŞ-da vergi islahatları ilə bağlı ilkin müzakirələr dolları möhkəmləndirə bilər

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün ABŞ-ın iqtidarda olan Respublikaçılar Palatasında vergi islahatları ilə bağlı qanun layihəsi üzrə səsvermə keçiriləcək.

"Report"un analitik qrupu xəbər verir ki, qanun layihəsinin qəbul olunması halında ABŞ dollarının qlobal valyuta bazarında möhkəmlənməsi müşahidə oluna bilər.

Palatanın liderlərindən olan Kevin MakKarti (Kevin McCarthy) CNBC telekanalına müsahibəsində bildirib ki, bəzi respublikaçıların qanunun əleyhinə çıxmasına baxmayaraq, bu gün onun qəbul ediləcəyi gözlənilir. Makkartiyə görə, Palata və Senat qısa zamanda mübahisə yaradan maddələrdə razılığa gələrək ilin sonuna qədər qanunu qəbul etməyi düşünür.

Qeyd edək ki, vergi islahatları ABŞ-da korporativ vergi dərəcəsinin 35%-dən 20%-ə endirilməsini nəzərdə tutur.

Analitik qrup səsvermənin uğurla nəticələnəcəyi təqdirdə, əsas valyuta cütlüyü olan USD/EUR-un 1,17 səviyyəsindən aşağı düşəcəyini ehtimal edir. Qeyd edək ki, hazırda məzənnə 1,1760 USD/EUR səviyyəsində qərarlaşıb. 

44 - Tezliklə