ABŞ büdcə kəsirini bağlamaq üçün 1 trilyon dollar qazanmaq niyyətindədir

Maliyyə
  • 28 yanvar, 2019
  • 10:41
ABŞ büdcə kəsirini bağlamaq üçün 1 trilyon dollar qazanmaq niyyətindədir

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün istiqrazlar sataraq 1 trilyon dollar qazanmaq niyyətindədir.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu, ardıcıl ikinci ildir baş verir.

Xəzinədarlığın istiqrazların satışını rekord səviyyədə saxlamağı planlaşdırdığı vurğulanır. Belə ki, gələn həftədə yenidən maliyyələşdirmə hərraclarına çıxarılacaq qiymətli kağızların ümumi dəyəri 84 milyard dollar qiymətləndirilir.