ABB və ADIF-in avtomobilləri hərraca çıxarılır
- 12 iyul, 2023
- 13:44
İyulun 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbədə dəfə hərrac keçirəcək.
"Report" quruma istinadən xəbər verir ki, hərraca "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna (ADIF) aid ümumilikdə 31 nəqliyyat vasitəsi çıxarılacaq.
Avtomobillərin istehsal tarixi 1998-2014-cü illəri əhatə edir.
Bu ay növbəti hərrac isə iyulun 25-də olacaq. Hərraca 6 səhmdar cəmiyyətinin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 42 nəqliyyat vasitəsi çıxarılacaq. Səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Onların səhm paketləri nizamnamə kapitalının 30%-ni təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixləri isə 1990-2013-cü illər arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə buradan tanış olmaq mümkündür.