"ABB-İnvest İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
- 26 may, 2026
- 18:02
Yeniliklərdən dərhal xəbərdar olun!
"ABB-İnvest İnvestisiya Şirkəti" QSC 2025-ci ili 2,353 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,5 % çoxdur.
Ötən il "ABB-invest"in vergiyəqədərki mənfəəti 2,950 milyon manat (əvvəlki ilə nisbətən1,4 % çox), mənfəət vergisi ödəmələri isə 598 min manat (1,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "ABB-invest"in aktivləri 30,153 milyon manat olub ki, bu da illik müqayisədə 14,8 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 6,2 % artaraq 20,853 milyon manata, balans kapitalı isə 40,4 % artaraq 9,3 milyon manata çatıb.
Xatırladaq ki, "ABB-İnvest"i 2020-ci ilin iyun ayında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.