"A-Qrup Sığorta"nın mənfəəti 65 %-dən çox azalıb
- 08 avqust, 2026
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"A-Qrup Sığorta" ASC bu ilin I yarısını 459 min manat mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 % azdır.
Yanvar-iyun aylarında "A-Qrup Sığorta"nın gəlirləri 11,13 milyon manat (1 il əvvələ nisbətən 10,7 % çox), xərcləri isə 10,671 milyon manat (10,9 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "A-Qrup Sığorta"nın aktivləri 28,416 milyon manat olub ki, bu da illik müqayisədə 0,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7 % artaraq 14,428 milyon manata çatıb, balans kapitalı isə 5,5 % azalaraq 13,987 milyon manata düşüb.
Xatırladaq ki, "A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.