Yelena Parxomenko növbəti dəfə beynəlxalq oyuna təyinat alıb
Komanda
- 26 yanvar, 2026
- 17:02
Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
"Report" xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.
Hazırda Azərbaycanın kişilərdən ibarət millisinin meneceri kimi çalışan Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq "Qalatasaray" (Türkiyə) – "Allianz MTV" (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq.
Qeyd edək ki, Yelena Parxomenko daha əvvəl CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" – "Avarca Menorca" (İspaniya) oyununda iş başında olub.
Son xəbərlər
05:46
Al Ghad: Qəddafinin oğlunun öldürülməsi Liviyaya qarşı cinayətdir
Digər ölkələr05:05
"SpaceX" nasazlıq səbəbindən "Falcon 9"un uçuşlarını dayandırıb
Digər ölkələr04:43
ABŞ-də qismən şatdauna son qoyulub
Digər ölkələr04:20
Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur
Digər ölkələr03:39
İlon Mask "X"in Parisdəki ofisində aparılan axtarışı siyasi hücum adlandırıb
Digər ölkələr03:14
"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb
Digər ölkələr02:43
Video
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır
Daxili siyasət02:17
Estoniya Rusiyaya istiqamətlənən yük gəmisini saxlayıb
Digər ölkələr01:35