Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
  • 16 oktyabr, 2022
  • 01:46
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə dünya çempionatının final oyununda Serbiyanın qadınlardan ibarət komandası Braziliya yığmasına qalib gəlib.

“Report” xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən görüş 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə serb voleybolçularının xeyrinə başa çatıb. Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib - 3:0 (25:20, 25:15, 27:25).

Serbiya turnirdə məğlub olmayan yeganə komanda oldu. Çempionat zamanı serblər Tokio Olimpiadasının qalibi olan ABŞ yığmasını iki dəfə - birinci mərhələdə və yarımfinalda məğlub ediblər.

Komanda ikinci dəfə dünya çempionatının qalibi olub. Serblər ilk birinciliyi 2018-ci ildə əldə ediblər.