Voleybol üzrə Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər

Komanda
  • 22 iyul, 2022
  • 17:03
Voleybol üzrə Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər.

Bu barədə "Report"a federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Onun sözlərinə görə, 2022/2023 mövsümündən çempionatda ən azı 5 komanda iştirak etməlidir: "Bu istiqamətdə Gənclər və İdman Nazirliyi, federasiya rəhbərliyi və sponsorlarla danışıqlarımız davam edir. Bir az çətinliklərimiz var. Görək, necə olacaq".

Qeyd edək ki, ötən mövsüm Superliqada 4 komanda - "Abşeron", “Azərreyl”, "Murov" və UNEC mübarizə aparıb.

44 - Tezliklə