Voleybol üzrə Avropa çempionatında son yarımfinalçı müəyyənləşib

Komanda
  • 29 sentyabr, 2017
  • 18:15
Voleybol üzrə Avropa çempionatında son yarımfinalçı müəyyənləşib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, son yarımfinalçı Türkiyə millisi olub.

"Ay-ulduzlular" qrup mərhələsində 1:3 hesabı ilə uduzduqları Rusiyaya bu dəfə heç bir şans verməyiblər - 3:0 (27:25, 25:18, 25:20).

Beləliklə, yarımfinalda Azərbaycan - Hollandiya, Türkiyə - Serbiya görüşləri keçiriləcək. Oyunlar sentyabrın 30-da olacaq. Bürünc medal uğrunda və final görüşləri isə oktyabrın 1-də olacaq.