VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin matç təqvimində dəyişiklik edilib
- 03 noyabr, 2025
 - 21:31
 
                            
                            
                        VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib.
"Report" xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən yarışda qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.
Komanda əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat Komitəsinin qərarına əsasən, yığmanın sabahkı rəqibi İran olub.
Qeyd edək ki, komanda növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunları noyabrın 13-də baş tutacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr
14:00. Azərbaycan - İran
6 noyabr
14:00. Azərbaycan - Tacikistan
9 noyabr
17:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan