"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb

Komanda
  • 29 avqust, 2026
  • 14:02
Turan voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb

"Turan" voleybol komandası 2026/2027 mövsümü üçün məşqçilər heyətinin formalaşdırılmasını tamamlayıb.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Komandanın baş məşqçisi Ziya Rəcəbovun rəhbərliyi altında yeni mövsümdə məşqçilər korpusunda beş mütəxəssis yer alıb.

Savalan Şahbazov ilə Kənan Mustafayev məşqçi, Rəvan Hüseynli köməkçi məşqçi, Sinisa Popek fitness məşqçisi, Faruk Kaymak isə statistik olub.

Xatırladaq ki, "Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə üz-üzə gələcək. İlk qarşılaşma oktyabrın 20-22-də evdə, cavab matçı isə 27-29-da səfərdə baş tutacaq.