"Sərhədçi"nin baş məşqçisi: "Abşeron"la oyunda bəsit səhvlər etdik"
Komanda
- 22 yanvar, 2025
- 05:57
Bəsit səhvlər etdik.
Bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XII turunda "Abşeron"a məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis növbəti oyunlarda lazımi tədbir görəcəklərini bildirib:
“Başabaş bir matç oldu. Matçda bir neçə dəfə qalib gəlmək şansımız yarandı. Lakin bəsit səhvlər etdik. Yanlış hücum seçimləri səbəbindən xal qazana bilmədik. Rəqib də bundan istifadə etdi. Lazımi tədbirləri görəcəyik. Daha öncəki oyunlardakı kimi yaxşı çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan "Sərhədçi" - "Abşeron" qarşılaşması ikincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
22:47
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb
Digər ölkələr22:25
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
Region22:09
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Digər ölkələr21:45
Quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" üzə çıxıb
Digər ölkələr21:20
Foto
Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
Fərdi21:14
Foto
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar
Fərdi21:13
Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
Region21:04
Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti müvəqqəti dəyişdiriləcək
İnfrastruktur21:04