Şahin Çatma: Medal qazanmaq üçün Özbəkistanla oyunda qalib gəlməliyik

Komanda
  • 29 sentyabr, 2025
  • 20:53
Şahin Çatma: Medal qazanmaq üçün Özbəkistanla oyunda qalib gəlməliyik

Medal qazanmaq üçün Özbəkistanla oyunda qalib gəlməliyik.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisinin baş məçqçisi Şahin Çatma deyib.

O, Tacikistan yığması üzərində qazanılan qələbəni şərh edib:

"Komandam daha yaxşı oyun sərgiləyə bilərdi. Bu yaşda oyunçular təəssüf ki, həyəcanını saxlaya bilmirlər. Oyunlar keçirdikcə bu həyəcanlar da bitəcək. Təbii ki, hədəfimiz bu oyun deyildi. Lakin ilk matçı qələbə ilə başlamaq şərt idi. Əsas hədəfimiz bundan sonra Özbəkistanla olan oyundur. Medal qazanmaq üçün Özbəkistanla qarşılaşmada qalib gəlməliyik".

Qeyd edək ki, A qrupunda reallaşan Azərbaycan - Tacikistan görüşü 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

44 - Tezliklə