“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik”
Komanda
- 21 dekabr, 2023
- 05:59
“Rəqibi müdafiəmizlə məğlub etdik”.
“Report” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçi əvəzi Nikola Bozinovski “Xəzri”ni 84:80 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının IX turunun oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis çətin oyun olduğunu bildirib: “Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq. Bu cür oynamağı xoşlayırıq. Bu görüşü müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi. Qarşılaşmanın sonuna yaxın daha çox enerji sərf etdik. Rəqibin geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq”.
Qeyd edək ki, “Sabah” hazırda 17 xalla turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
Digər ölkələr23:29
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
Digər ölkələr23:07
Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər
Digər ölkələr22:50
Amazoniyada demensiyaya dözümlü insanlar aşkar edilib
Maraqlı22:34
Hakim partiya Rusiya Dövlət Dumasına seçkilərdə 57%-dən çox səs toplayır
Region22:15
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
Hadisə22:03
"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək
Digər ölkələr21:33
Foto