"Sabah"ın kapitanı: "Almaniya klubu ilə səfər oyununa çox yaxşı hazırlaşmışıq"

Komanda
  • 16 dekabr, 2025
  • 14:01
Sabahın kapitanı: Almaniya klubu ilə səfər oyununa çox yaxşı hazırlaşmışıq

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün Almaniyanın paytaxtı Berlində qarşılaşacağı "Alba" ilə matça çox yaxşı hazırlaşıb.

Bunu "Report"a açıqlamasında Bakı klubunun kapitanı Endər Poladxanlı deyib.

O. komandada yüksək əhval-ruhiyyə olduğunu vurğulayıb:

"Almaniya klubu ilə səfər oyununa çox yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Heyətdə zədəli oyunçunun olmaması sevindirici məqamdır. Yolumuza davam etmək istəyirik. Lakin bu, idmandır. Hər şey ola bilər. Qələbə qazanacağımız təqdirdə belə paralel keçəcək oyunda "Elan Şalon" "Nimburk"u məğlub etməlidir. Belə olan halda play-inə adlaya bilərik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Tam olaraq oyuna köklənmişik".

Qeyd edək ki, "Alba" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti