“Sabah”ın basketbolçusu Dominikan klubuna keçib
Komanda
- 24 may, 2025
- 05:42
“Sabah”ın basketbolçusu Kamron Blu karyerasını Dominikan Respublikasının Milli Basketbol Liqasında çıxış edən “İndios”da davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə San-Fransisko-de-Makoris şəhərində yerləşən klubun mətbuat xidməti bildirib.
“Kamran Blu ilə müqavilə bağladığımızı məmnuniyyətlə elan edirik. 6’7’’ boya (2,01 m – red.) malik bu 24 yaşlı oyunçu öz atletliyi və orta və uzaq məsafədən yaxşı atışları ilə tanınır”, – mətbuat xidməti qeyd edib.
Basketbolçunun “Sabah”la birgə çempion olduğu, komandada orta hesabla 12,3 xal, 3,2 ribaund və 1,2 ələkeçirmə göstəriciləri ilə çıxış etdiyi vurğulanıb.
Xatırladaq ki, Blu “Sabah”a ötən ilin yanvarında qoşulmuşdu.
Son xəbərlər
00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
Digər ölkələr23:29
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
Digər ölkələr23:07
Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər
Digər ölkələr22:50
Amazoniyada demensiyaya dözümlü insanlar aşkar edilib
Maraqlı22:34
Hakim partiya Rusiya Dövlət Dumasına seçkilərdə 57%-dən çox səs toplayır
Region22:15
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
Hadisə22:03
"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək
Digər ölkələr21:33
Foto