"Sabah"ın baş məşqçisi: "Rotasiya olmadan Çempionlar Liqasında qələbə qazanmaq çətindir"

Komanda
  • 30 oktyabr, 2025
  • 10:51
Sabahın baş məşqçisi: Rotasiya olmadan Çempionlar Liqasında qələbə qazanmaq çətindir

Rotasiya olmadan "Sabah" basketbol klubunun FIBA Çempionlar Liqasının əsas mərhələsinin matçlarında qələbə qazanması çətindir.

Bunu "Report"a komandanın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Təcrübəli mütəxəssis səfərdə Fransa təmsilçisi "Elan Şalon"a uduzduqları qarşılaşma (71:84) haqqında fikirlərini bölüşüb:

"Səfərdə oynamaq həmişə çətindir. Çünki ev komandasının üstünlüyü olur. Yaxşı başlamasaq da, oyunun gedişində vəziyyəti düzəltməyi bacardıq. Lakin ötən dəfə dediklərimi təkrarlamaq məcburiyyətindəyəm. Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür. Ehtiyatda Endər Poladxanlı kimi hazır oyunçuya ehtiyacımız var. Dəyişiklik imkanlarımızın məhdudluğu 4-cü periodda aktivlik, aqressiv oyun baxımından uduzmağımıza səbəb olur".

R.Kurtinaytisin sözlərinə görə, oyunçuların sona yaxın yorulması onlara lazım olan atışların qeyri-dəqiq yerinə yetirilməsi ilə nəticələnib:

"Buna görə də oyunçulara iradım yoxdur. Çünki hər biri meydanda tam gücünü qoydu. Ümid edirəm ki, qələbəyə sevinmək növbəsi bizə də çatacaq. Bu istiqamətdə işlər görülür. Amma bunun üçün vaxt lazımdır".

Qeyd edək ki, "Sabah" əvvəlki iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.

Son xəbərlər

Bütün Xəbər Lenti