Qazaxıstan çövkən millisinin üzvü: "Azərbaycan III MDB Oyunlarının favoritidir"

Komanda
  • 02 oktyabr, 2025
  • 14:36
Qazaxıstan çövkən millisinin üzvü: Azərbaycan III MDB Oyunlarının favoritidir

Azərbaycan III MDB Oyunlarında çövkən yarışının favoritidir.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu çövkən üzrə Qazaxıstan millisinin üzvü Adilxan Hasenov Türkiyə ilə matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanı çempion kimi görür:

"Çövkən oyunlarının əsas favoriti kimi Azərbaycanı görürük. Düşünürəm ki, çempion olacaqlar. Qırğızıstan, Özbəkistan və Qazaxıstan da güclü komandalardır".

A.Hasenov Türkiyə ilə matç haqqında da danışıb:

"Oyun çox çətin keçdi. Türkiyə əla oynadı və bizə müqavimət göstərdi. Hesab 3:0 olsa da, çətinliklə qələbə qazandıq. Hava şəraiti də yaxşı deyildi. Məmnunam ki, hər şey yaxşı keçdi".

İdmançı təşkilatçılıqla bağlı xoş sözlər deyib:

"Təşkilatçılıq baxımından hər şey əladır. Belə bir yeri ilk dəfədir görürük. Bundan əvvəl Bakıda olmuşuq. Bakı da xoşumuza gəlmişdi. Buranın öz atmosferi, təbiəti, dağları var. Çempionatı burada təşkil etmək əla ideya idi".

Qeyd edək ki, Qazaxıstan yığması bu gün keçirilən görüşdə Türkiyəni 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti