“Qarabağ” və “Azəryol” ardıcıl iki qələbə qazanıblar
Komanda
- 23 yanvar, 2023
- 14:34
Qadın həndbolçulardan ibarət “Qarabağ” və “Azəryol” komandaları Azərbaycan çempionatında ardıcıl iki qələbə qazanıblar.
“Report” xəbər verir ki, adıçəkilən komandalar IX və X tur matçlarında rəqiblərini məğlub ediblər.
“Azəryol” keçirdiyi hər iki görüşdə “Azərsu”ya heç bir şans verməyib. Çempionatın lideri rəqibini müvafiq olaraq 46:19 və 52:13 hesabları ilə üstələyib. “Qarabağ” isə “İdman Akademiyası”na IX turda 34:26, X turda isə 32:23 hesabı ilə qalib gəlib.
Keçirdiyi bütün matçları qələbə ilə başa vuran “Azəryol” 24 xalla çempionata liderlik edir. “Qarabağ” 18 xalla ikinci yerdədir. Aktivində 12 xalı olan “İdman Akademiyası” 3-cü pillədə qərarlaşıb. “Azərsu” 6 xalla 4-cüdürsə, autsayder U-16 hələ xal qazana bilməyib.
Son xəbərlər
20:42
"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb
Fərdi20:15
Zimbabvedə yol qəzasında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB
Digər ölkələr20:01
Al Tani Fidanla Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr19:53
Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Futbol19:48
Belçika dondurulmuş Rusiya aktivlərinin istifadəsini yenidən bloklayacaq
Digər ölkələr19:19
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
Fərdi19:00
Tramp CNN telekanalını kəskin tənqid edib
Digər ölkələr18:41
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq
Digər ölkələr18:24
Foto