Özbəkistan Çövkən Federasiyasının baş katibi: "Türkiyə bizə layiqli müqavimət göstərdi"

Komanda
  • 30 sentyabr, 2025
  • 12:27
Özbəkistan Çövkən Federasiyasının baş katibi: Türkiyə bizə layiqli müqavimət göstərdi

III MDB Oyunları çərçivəsində Türkiyənin çövkən yığması B qrupunda üz-üzə gəldikləri Özbəkistan millisinə layiqli müqavimət göstərib.

Bunu "Report"a açıqlamasında Özbəkistan Çövkən Federasiyasının baş katibi Mahmud Maxomiç deyib.

O, dəstəyə görə təşəkkürünü bildirib və təşkilatçılığı yüksək qiymətləndirib:

"Yığmamız Türkiyə üzərində qələbə qazandı. Buna görə çox sevinirik. Yaradılan şəraitə görə Özbəkistan Respublikasına minnətdarıq. İdmançılarımıza, rəhbərlikdə olan hər kəsə təşəkkür edirəm. Televiziya tamaşaçılarına və oyunu birbaşa meydandan izləyən, Özbəkistan yığmasına dəstək olan hər kəsə təşəkkür edirik. Oyun çox gərgin keçdi. Türkiyə komandası da layiqli müqavimət göstərdi. Layiqli rəqibdirlər. Bugünkü matça görə hər kəsə təşəkkür edirəm. III MDB Oyunları yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, B qrupunda Özbəkistan millisi Türkiyəni 4:0 hesabı ilə məğlub edib. Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti