Olimpiya çempionu komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb
Komanda
- 05 fevral, 2025
- 11:31
Fransanın reqbi üzrə “Biarrits Olimpik” komandasının oyunçusu, 2016-cı ildə Fici yığmasının heyətində olimpiya çempionu olmuş Masivesi Dakuvaka komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb.
“Report” “Fiji Village”ə istinadən xəbər verir ki, hadisə əyləncə zamanı baş verib.
Şahidlərin sözlərinə görə, Fici millisinin üzvü ilə digər komanda yoldaşı arasında pul üstündə mübahisə yaranıb. Zərərçəkən isə münaqişəyə müdaxilə etməyə çalışarkən xəsarət alıb və onun yanağına 20 tikiş qoyulub.
Dakuvaka əməlini etiraf edib, lakin hadisələri xatırlamadığı üçün hərəkətinin səbəbini izah edə bilməyib. Baş verənlərə görə klubundan kənarlaşdırılan 30 yaşlı oyunçunun mayda məhkəmə qarşısına çıxacağı bildirilir.
Son xəbərlər
01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı"
Futbol00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55