NBA çempionu Basketbol Şöhrət Zalına daxil ediləcək
Komanda
- 05 aprel, 2025
- 10:50
2020-ci ildə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olmuş Duayt Hovard Basketbol Şöhrət Zalına daxil ediləcək.
"Report" xəbər verir ki, bu barədə ESPN telekanalının jurnalisti Şems Çaraniya "X" sosial şəbəkə hesabında yazıb.
39 yaşlı basketbolçu ilk səsvermədə Basketbol Şöhrət Zalına seçilib.
Qeyd edək ki, D.Hovard NBA-da "Orlando", "Los-Anceles Leykers", "Hyuston", "Atlanta", "Şarlott", "Vaşinqton" və "Filadelfiya" komandalarında çıxış edib. O, 2020-ci ildə "Los-Anceles Leykers"in heyətində NBA çempionu olub. Basketbolçu keçirdiyi 1242 matçda orta hesabla 15,7 xal, 11,8 ribaund və 1,3 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Region21:51
Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olub
Digər ölkələr21:41
Foto
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Fərdi21:25
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
Xarici siyasət21:24