Millinin qapıçısı 25 yaşında vəfat etdi
Komanda
- 05 iyul, 2021
- 12:30
Buzüstü xokkey üzrə Latviya millisinin qapıçısı Matiss Kivleniyeks dünyasını dəyişib.
"Report"un məlumatına görə, bu barədə yerli federasiyasının rəsmi saytı xəbər yayıb.
Son olaraq ABŞ-ın "Kolambus Blyu Cekets" komandasında çıxış edən 25 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmasa da, onun bədbəxt hadisə nəticəsində vəfat etdiyi ehtimal olunur. "Delfi.lv" saytı yazıb ki, Kivleniyeks komanda yoldaşları ilə birlikdə ABŞ-ın Müstəqillik Gününü qeyd edərkən atəşfəşanlıq olub. Bu zaman fişəngdən qopan parça qapıçının ürəyinə dəyib.
Qeyd edək ki, Kivleniyeks bu mövsüm ölkəsində keçirilən dünya çempionatının iştirakçısı olub. O, dörd oyunda meydana çıxıb.
Son xəbərlər
03:13
Yaponiyada Xirosima qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr02:30
Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim
Digər ölkələr02:15
ABŞ polisilikona gömrük rüsumları tətbiq etməyi planlaşdırır
Digər ölkələr01:54
Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Digər ölkələr01:26
ÜST rəhbəri KDR-də Ebolanın yayılmasının sürətləndiyi barədə xəbərdarlıq edib
Digər ölkələr00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Futbol23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32