Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq

Komanda
  • 13 fevral, 2017
  • 15:59
Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq

Tbilisi. 13 fevral. REPORT.AZ/ Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində fevralın 15-dən 19-dək gənclər arasında boks üzrə Gürcüstan çempionatı keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Milli Boks Federasiyasının təşkil etdiyi çempionatda ölkə vətəndaşı olan 7 azərbaycanlı gənc də mübarizə aparacaq.

Bu idman yarışmasında azərbaycanlılarla yanaşı, gürcü və digər millətlərin nümayəndələri də güclərini sınayacaqlar.

Çempionat Marneuli şəhərindəki “Ata Holdinq” salonunda təşkil olunacaq.

44 - Tezliklə