Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib

Komanda
  • 18 fevral, 2025
  • 15:44
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib.

"Report"un məlumatına görə, matçlardan ikisi Bakıda, biri Sumqayıtda gerçəkləşib.

Sumqayıt Olimpiya Kompleksində baş tutan oyunda "Xilasedici" "Gənclər" kollektivinə 3:0 hesabı ilə qalib gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşmalarda isə “Murov Az Terminal” MOİK-i, "Azərreyl" isə "Neftçi"ni 3:0 hesabı ilə üstələyib.