Karate Federasiyasının baş katibi: "İdmançılarımızın fiziki hazırlığı yüksək səviyyədədir"
Fərdi
- 03 oktyabr, 2025
- 22:57

"İdmançılarımızın fiziki hazırlığı yüksək səviyyədədir".
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov jurnalistlərə açıqlamasında bildirib.
O, III MDB Oyunlarında Azərbaycan karateçilərindən yüksək nəticələr gözlədiyini deyib.
"Bu yarışlarda idmançılarımızdan qızıl medallar gözləyirik. Hətta bir neçə idmançımız var ki, onlara ümidimiz çoxdur. Rəqiblərimizin arasında Asiya çempionları var. Lakin bizim idmançılarımız da onlara qarşı döyüşməyə hazırdırlar. Fiziki hazırlıqları yüksək səviyyədədir", - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, Mingəçevir Kür Olimpiya Mərkəzində təşkil olunan yarışda Azərbaycan karateçiləri bu gün 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar.
Son xəbərlər
00:30
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 5 il ötür
Daxili siyasət00:17
Gədəbəydə bıçaqlanma olub, yeniyetmə saxlanılıb
Hadisə00:15
Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişib
Komanda00:01
Video
Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
Daxili siyasət00:00
Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
Daxili siyasət23:53
DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib
Hadisə23:50
Rəşad Hüseynov: "Güclü rəqiblərimiz var, digər görüşlərimiz də asan olmayacaq"
Komanda23:45
Senatda şatdaunla bağlı növbəti səsvermə uğursuz olub
Digər ölkələr23:42